Dadaş Dadaşbəyli: “Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur”

Dadaş Dadaşbəyli: “Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur” “Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur”.
Fərdi
18 Sentyabr , 2023 12:10
Dadaş Dadaşbəyli: “Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur”

“Bu, Azərbaycan ağır atletikasında son illər görünməyən uğurdur”.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Azərbaycan idmançısı Dadaş Dadaşbəyli Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, buna görə çox sevincli olduğunu bidirib: “Karyeram ərzində iştirak etdiyim ən güclü yarış idi. Oradan da medalsız dönmədim. Başda Gənclər və İdman Nazirliyi olmaqla, Azərbaycan Ağır Atletika Federasiyasına, məşqçilərimizə, bir sözlə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu, ölkəmiz üçün böyük uğurdur”.

Yarışa çox ciddi hazırlaşdığını bildirən D.Dadaşbəyli bundan sonrakı hədəfi barədə də danışıb: “Turnirə çox ciddi hazırlamışdım, aylarla evə getmirdim, böyük səylə çalışırdım. Məqsədim medal qazanmaq idi. Rəqiblərim də çox güclü idmançılar idi. Buna baxmayaraq, sona qədər mübarizə apardım və medal qazandım. Bundan sonrakı hədəfim olimpiadada iştirak etməkdir. Hansı çəkidə olmağımın fərqi yoxdur. Bunun üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 180 kq, təkanlaqaldırmada 223 kq-ı ram edərək hər iki hərəkətdə bürünc medal əldə edib. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Son xəbərlər

Orphus sistemi