Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək

Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Fərdi
4 İyul , 2024 11:40
Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirəcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Federasiyadan "Report"a verilən məlumata görə, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

Qeyd edək ki, imtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi