Cokoviç US Open turnirində 3-cü mərhələdə sensasiyalı şəkildə məğlub olub
Fərdi
- 31 avqust, 2024
- 05:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyalı tennisçi Novak Cokoviç US Open turnirinin 3-cü mərhələsində avstraliyalı Aleksey Popırinə uduzub.
“Report” xəbər verir ki, bu, onun adıçəkilən turnirin 3-cü mərhələsində son 18 ildə ilk məğlubiyyəti olub.
3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.
4-cü mərhələdə Popırin ABŞ təmsilçisi Frensis Tiafoya qarşı oynayacaq.
Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər və qadınlar arasında Böyük Dəbilqə yarışlarında təkli halda ən çox qələbə qazanmış (Marqaret Kort ilə birlikdə) idmançıdır. O, ATP seriyalı turnirlədə 99 dəfə qalib gəlib, bunlardan 98-ni təkli halda bacarıb.
Serbiyalı tennisçilərin cari reytinq siyahısında ikincidir.
Son xəbərlər
09:33
Tatarstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Digər ölkələr
09:32
FHN: Ötən həftə 172 yanğına çıxış olub, 8 nəfərin meyiti aşkarlanıb
Hadisə
09:25
Şahbaz Şərif Rusiyaya səfər edəcək
Digər ölkələr
09:21
Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Region
09:14
"Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb
Futbol
09:11
AIIB Bakı metrosunun maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
Maliyyə
09:02
Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Ukraynaya qalib gələcəyimizi gözləmirdik"
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.11.2026)
Maliyyə
08:49
Viktor Kipiani: Azərbaycan və Gürcüstanın ortaq maraqları regional əməkdaşlıq üçün nümunədir
Xarici siyasət