Böyük Dəbilqə: Səid Mollayi gümüş, Hidayət Heydərov bürünc medal qazanıb

Böyük Dəbilqə: Səid Mollayi gümüş, Hidayət Heydərov bürünc medal qazanıb Mollayi qızıl medal uğrunda Mattias Kasse ilə üz-üzə gələcək
Fərdi
1 Aprel , 2023 20:03
Böyük Dəbilqə: Səid Mollayi gümüş, Hidayət Heydərov bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseni (Belçika) məğlub olub.

73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

15:05

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.

73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

Son xəbərlər

Orphus sistemi