Azərbaycan cüdoçuları Böyük Dəbilqəyə uğursuz start götürüblər

Azərbaycan cüdoçuları Böyük Dəbilqəyə uğursuz start götürüblər Cüdo üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinə uğursuz start götürüb.
Fərdi
31 Mart , 2023 15:39
Azərbaycan cüdoçuları Böyük Dəbilqəyə uğursuz start götürüblər

Cüdo üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinə uğursuz start götürüb.

“Report”un məlumatına görə, ilk gündə tatamiyə çıxan 8 idmançı mübarizəni medal qazanmadan başa vurub.

Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. 1/4 finalda məğlub olan 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, bu imkanı qaçırıb.

Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) aprelin 1-də mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi