Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri açıqlandı

Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri açıqlandı Yığma yarışa 4 idmançı və iki məşqçi ilə yollanacaq
Fərdi
5 Fevral , 2021 10:46
Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri açıqlandı
Nazim Babayev

Atletika üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərindəki Balkan çempionatında iştirak edəcək.

Yığmanın baş məşqçisi Bəhruz Salehlinin "Report"a verdiyi məlumata görə, yığma yarışa 4 idmançı və iki məşqçi ilə yollanacaq.

Salehli bildirib ki, Azərbaycan turnirdə üç təkanla və uzunluğa tullanma növlərində təmsil olunacaq: "Üç təkanla tullanmada Avropa çempionu Nazim Babayevlə yanaşı, Rüstəm Məmmədov, Yekaterina Sarıyeva çıxış edəcək. Uzunluğa tullanmada isə Yelena Pextireva qüvvəsini sınayacaq. Anna Yusupova çöl şəraitində məşq etdiyi üçün zədələnib. Onun yerinə Pextirevanı əlavə etdik".

Mütəxəssis onu da əlavə edib ki, Babayevin şəxsi məşqçisi Ziyad Xəlfəyev və digər məşqçi Vidadi Əlisgəndərov da atletlərlə birlikdə Türkiyəyə yollanacaq.

Qeyd edək ki, Balkan çempionatı fevralın 20-də olacaq.

Son xəbərlər

Orphus sistemi