Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub Qrupda bu gün Türkiyə - Qırğızıstan qarşılaşması da olacaq
Fərdi
5 Noyabr , 2022 18:42
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda ilk finalçı bəlli olub.

"Report"un məlumatına görə, İran yığması A qrupundakı ikinci görüşündə Qırğızıstan kollektivi ilə üz-üzə gəlib.

İran rəqibini 8:2 hesabı ilə üstələyərək finala yüksəlib.

Komanda daha əvvəl Türkiyə seçməsini 6:4 hesabı ilə məğlub edib. Qrupda bu gün Türkiyə - Qırğızıstan qarşılaşması da olacaq.

Dünya Kuboku

Qırğızıstan - İran - 2:8

55 kq

Talaybek Beişenbek Uulu - Poya Marz - 1:9

60 kq

Nurmuxammet Abdullayev - Mehdi Necad - 0:5

63 kq

Kali Süleymanov - İman Məhəmmədi - 1:12

67 kq

Xalmurat İbrahimov - Seyid Söhrabi - 2:10

72 kq

Adilxan Nurlanbekov - Əmir Abdi - 0:6

77 kq

Akilbek Talantbekov - Məhəmməd Muxtari - 1:7

82 kq

Kalidin Asikeyev - Məhəmmədhüseyn Mahmudi - 6:1

87 kq

Atabek Azizbekov - Abolfazl Çubani - 9:2

97 kq

Uzur Cuzupbekov - Mehdi Balihamzehdeh - 3:3 (sonuncu xal prinsipi ilə iranlı güləşçi qalib gəlib)

130 kq

Erlan Manatbekov - Aliakbar Yusifəhmədçali - 1:4 (tuşe)

Qeyd edək ki, yarış noyabrın 6-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi