Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib

Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib.
Fərdi
10 May , 2024 12:47
Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib.

"Report" Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin hesabına yazılıb.

Yeji Kim qalib olub, Jiin Yanq ikinci yeri tutub. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb. Kim 42 dəfə dəqiq atəşlə həm də bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Dünya Kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl medal qazanan almaniyalı Bakıda üzləşdiyi uğursuzluqla bağlı danışıb: “Bakı Atıcılıq Mərkəzində atəş açmaq mənə həmişə zövq verib. Burada yarışmaq mənim üçün xoş olduğuna görə, həmişə xoşbəxt görünmüşəm. Bakıda gözəl xatirələrim var, medallar qazanmışam, dünya çempionu olmuşam. Son vaxtlar çox yarışlarda iştirak etmişik. Buna görə də bir az yorğunluq ola bilər. İşlər gözlədiyim kimi getmədi. Final mərhələsində daha diqqətli olmaq lazımdır. Texnikada müəyyən dəyişikliklər etmişdik. Amma əvvəlki kimi çox effektli olmadı. Ona görə də nəticəyə təsir etdi. Finalda həmyerlim Jozefin Ederi görmək məni sevindirir. Biz ikimiz də həmişə finallar üçün hazırlaşan idmançılarıq. Çox sevinirəm ki, onda bu gün yaxşı alındı. Əsas mərhələdə qətiyyət nümayiş etdirdi. Özüm dördüncü olsam da, ümumilikdə Almaniya komandası üçün gözəl mənzərədir”.

Son xəbərlər

Orphus sistemi