Azərbaycanlı şahmatçı Aydın Süleymanlı Avropa çempionatında liderdir
- 15 aprel, 2026
- 11:28
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında liderdir.
"Report"un məlumatına görə, o, VII turun partiyalarından sonra buna nail olub.
Azərbaycanlı qrossmeyster hesabat turunda Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq liderliyə yüksəlib.
Hesabında 6 xal olan Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. Bu gün VIII turda milli üzvü Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.
Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. O, 7 turdan sonra 5,5 xalla onuncudur.
Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar. Avropa çempionatı 11 turdan ibarətdir.