Azərbaycanlı paralimpiya çempionu: "Bayrağımızı yüksəklərdə dalğalandırdım"

Azərbaycanlı paralimpiya çempionu: "Bayrağımızı yüksəklərdə dalğalandırdım" "Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".
Fərdi
716
6 Sentyabr , 2021 11:49
Azərbaycanlı paralimpiya çempionu: Bayrağımızı yüksəklərdə dalğalandırdım
Vəli İsrafilov

"Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".

"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: "Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb".

Orxan Aslanov
Orxan Aslanov

Uzunluğa tullanma növündə paralimpiya çempionu olan Orxan Aslanov Tokioda əlindən gələnə etdiyini söyləyib: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bizə dəstək olduqları üçün hər kəsə minnətdaram. Çempion olmaq mənə nəsib oldu, Vətənə qızıl medalla qayıtdım".

Son xəbərlər

Orphus sistemi