Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də tanınmış idmançını məğlub edib

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də tanınmış idmançını məğlub edib Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.
Fərdi
21 Fevral , 2024 00:51
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də tanınmış idmançını məğlub edib

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kq çəki dərəcəsində tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommi Aarona qalib gəlib.

O, qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.

Həmyerlimiz “Report”a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişəm.

İki ildir Kaliforniyada "America Kickboxing Academy"də yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların davamı gələcək. Ölkəmdən uzaqda olsam da, bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".

M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi