Rafiq Hüseynov və Eldəniz Əzizli İslamiadanın qalibi olub

Rafiq Hüseynov və Eldəniz Əzizli İslamiadanın qalibi olub Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Fərdi
12 Avqust , 2022 21:13
Rafiq Hüseynov və Eldəniz Əzizli İslamiadanın qalibi olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.

Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

20:23

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

19:57

Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.

Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

19:07

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.

18:51

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.

Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub.

Son xəbərlər

Orphus sistemi