Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks milliləri təlim-məşq toplanışına başlayıb
Fərdi
- 06 avqust, 2025
- 10:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.
Federasiyadan "Report"a verilən məlumata görə, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.
Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət milli paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.
Qeyd edək ki, toplanış Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.
Son xəbərlər
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr