Azərbaycanın stolüstü tennis millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennis millisi beynəlxalq turnirdə gümüş medal qazanıb Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar
Fərdi
29 Aprel , 2023 10:12
Azərbaycanın stolüstü tennis millisi beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennis üzrə U-13 millisi “Europe youth series” turnirində gümüş medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, Avropa Stolüstü Tennis İttifaqının Xorvatiyanın Osiyek şəhərində təşkil etdiyi yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komanda 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahiblərini 5:0 hesabı ilə üstələyib.

Finalda isə Çexiya yığmasına 1:5 hesabı ilə uduzan kollektiv fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Üçüncü yeri Belçika və Xorvatiya komandaları tutublar.

Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi