Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

Fərdi
  • 19 sentyabr, 2024
  • 08:38
Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti