Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb Bu, Rüstəm Orucovdur
Fərdi
27 Noyabr , 2015 14:39
Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın Çecu şəhərində keçirilən cüdo üzrə Qran-pridə Azərbaycan millisi ikinci medalını qazanıb. "Report"un məlumatına görə, bu, 73 kq çəki dərəcəsində yer alan Rüstəm Orucovdur. 

Orucov isveçli Tommi Masias, polşalı Damian Şvarnoveski və cənubi koreyalı Sen-Ge Çai məğlub edərək yarımfinala yüksəlib. Lakin o, finala gedən yolda belçikalı Dirk van Tiçeltə məğlub olub. 24 yaşlı idmançı bürünc medal uğrunda döyüşdə daha bir belçikalı Sami Şuşi ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Orucov rəqibini məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Əbdülhəqq Rəsullu və Hüseyn Rəhimli isə ilk görüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Orxan Səfərov (60 kq) da bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi