Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayan Azərbaycan boksçusu Alfonso Dominges ilk görüşdəcə məğlub olub.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yan Zakla qarşılaşıb.
Rəqibinə 1:4 (28:27, 27:28, 27:28, 27:28, 26:29) hesabı ilə uduzan Dominges mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Murad Allahverdiyev (80 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb.
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 80 kq-da çıxış edən yığma üzvü 1/16 finalda almaniyalı Kevin Şumannla qarşılaşıb.
Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçu 3-cü hissədə tam üstünlüklə qalib gəlib.
O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.
54 kq-da çıxış edən Zeynəb Rəhimova isə 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.
Axşam seansında Azərbaycanın daha 1 boksçusu mübarizəyə qoşulacaq. 92 kq-da yer alan Alfonso Dominges israilli Yan Zakla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) 1/8 finala yüksəlib.





















