Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib

Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib Boks üzrə Azərbaycan hakimləri, Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
Fərdi
17 aprel 2025 14:47
Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib

Boks üzrə Azərbaycan hakimləri - Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

"Report" xəbər verir ki, bu nailiyyətə R.Qədirovla Q.Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, A.Nağdıyev isə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.

Beynəlxalq Boks Assosiasiyası yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlilərimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə üç ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev,  Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.

Orphus sistemi