Azərbaycanın daha 3 cüdoçusu beynəlxalq turnirdə medal qazana bilməyib
Fərdi
- 05 avqust, 2023
- 17:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinin ikinci günündə də medal qazana bilməyib.
“Report”un məlumatına görə, yarışda bu dəfə 3 cüdoçu mübarizəyə qoşulub.
Yalnız Səid Mollai 81 kq çəki dərəcəsində medal əldə etməyə yaxın olub. Lakin o, 3-cü yer uğrunda görüşdə yaponiyalı Takanori Naqaseyə uduzub.
Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81) isə mübarizəni erkən dayandırıblar.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Gültac Məmmədəliyeva (52 kq) uğursuz çıxış ediblər.
Son xəbərlər
10:01
Azərbaycan Basketbol Liqasında III tura start verilir
Komanda
09:59
BƏƏ sahillərində gəmi hücuma məruz qalıb, xəsarət alan var
Digər ölkələr
09:33
Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq
Digər ölkələr
09:17
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Fərdi
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr