Azərbaycanın Avropa çempionu: Mübarizəmi sonadək davam etdirdiyimdən 3 qızıl medal qazandım

Azərbaycanın Avropa çempionu: Mübarizəmi sonadək davam etdirdiyimdən 3 qızıl medal qazandım Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.
Fərdi
20 Fevral , 2024 23:26
Azərbaycanın Avropa çempionu: Mübarizəmi sonadək davam etdirdiyimdən 3 qızıl medal qazandım

Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.

“Report”un xəbərinə görə, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.

"Yarışa hazırlığım çətin oldu. Türkiyədə ilk təlim-məşq toplanışı keçirdim. Dizimdən zədə almışdım. Üç qızıl medal qazanacağıma tam əmin deyildim. Amma qızıl, bürünc medallar qazanacağımı düşünürdüm. Hədəfim də bu idi. Mübarizəmi sona qədər davam etdirdiyimdən 3 qızıl medal qazandım.

İnşallah, ay yarımdan sonra Dünya Kubokunda iştirak edəcəyəm. Artıq bu yarışda +109 kq çəki dərəcəsində mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq", - Avropa çempionu vurğulayıb.

Xatırladaq ki, 109 kq çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyli birdənqaldırma cəhdində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. İdmançı təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. Milli üzvü toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son xəbərlər

Orphus sistemi