Azərbaycan taekvondoçusu İstanbulda pasportunu itirdiyi üçün İngiltərədəki Qran Priyə gedə bilməyib

Azərbaycan taekvondoçusu İstanbulda pasportunu itirdiyi üçün İngiltərədəki Qran Priyə gedə bilməyib "Bizə dedilər ki, tapılsa, Bakıya göndərəcəyik"
Fərdi
23 Oktyabr , 2018 18:14
Azərbaycan taekvondoçusu İstanbulda pasportunu itirdiyi üçün İngiltərədəki Qran Priyə gedə bilməyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Patimat Abakarova İngiltərənin Mançester şəhərində keçirilmiş Qran Pridən xarici pasportunu itirdiyi üçün kənarda qalıb.

Bu barədə "Report"a yığmanın köməkçi-məşqçisi Elnur Amanov məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz hadisə Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında yaşanıb: "İstanbula çataraq yoxlanışdan keçdikdən sonra Mançester reysinə bir neçə saatlıq vaxtımız var idi. Patimat Abakarova Fəridə Əzizova ilə birgə çay içməyə, daha sonra isə məscidə getmişdi. Pasportunu da həmin müddətdə itirib. Nəticədə Abakarova Bakıya qayıtmalı oldu və Mançesterdəki yarışda iştirak edə bilmədi".

Amanov bildirib ki, Abakarovanın olduğu yerləri axtarmalarına və polisə müraciət etmələrinə baxmayaraq, pasport tapılmayıb: "İstanbul hava limanında bizə dedilər ki, tapılsa, Azərbaycana göndərəcəyik. Lakin hələ də tapılmayıb. Mançesterdən qayıdında da İstanbulda polisdən soruşduq. Yenə müsbət cavab almadıq".

Məşqçi ümid edir ki, pasportu normal insan tapsa, aparıb polisə və ya məlumat bürosuna təhvil verəcək.

Dağıstan əsilli 24 yaşlı taekvondoçu 49 kq çəki dərəcəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi, 2016-cı il Avropa çempionatının gümüş, "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.

Qeyd edək ki, Qran Priyə yollanmış qalan 5 taekvondoçudan yalnız Fəridə Əzizova (67 kq) ikinci görüşündə uduzub. Kişi taekvondoçular Qaşım Maqomedov (58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq) və Ramin Əzizov (+80 kq) ilk döyüşdəcə məğlub olaraq mübarizəni dayandırıblar. 

Son xəbərlər

Orphus sistemi