Azərbaycan Qran-prisi: Vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanılır

Azərbaycan Qran-prisi: Vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanılır "Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər.
Fərdi
24 May , 2022 13:42
Azərbaycan Qran-prisi: Vauçerlərin elektron biletlərə dəyişdirilməsinə başlanılır

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, vauçerlərin dəyişdirilməsi prosesi iyunun 12-dək davam edəcək.

Vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləməlidirlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər.

Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.

Satış məntəqəsinə yaxınlaşan şəxslər vauçeri və şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

No

Satış Məntəqəsi

Ünvan

1

28 Mall

Azadlıq pr. 15A/4, Bakı, Azərbaycan

10:00 - 22:00

2

Gənclik Mall

F. Xoyski 38, Gənclik m.s/ Bakı, Azərbaycan

10:00 - 22:00

3

Heydər Əliyev Sarayı

Bül-Bül pr.35., Bakı, Azərbaycan

11:00 - 19:00

M.Ə. Rəsulzadə (Azərbaycan kinoteatrı)

11:00 – 20:00

4

Kiosk 1 (Azərbaycan kinoteatrı)

5

Kiosk 2 (Nizami küçəsi)

Bül-Bül pr., Nizami küçəsi, Bakı, Azərbaycan

10:00 – 19:00

6

ASAN 2

AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr Prospekti 23., Bakı

09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)

10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)

7

ASAN 3

ASAN, Abbas Mirzə Şərifzadə küç.157, Yasamal, Bakı, Azərbaycan

09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)

10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)

8

ASAN 4

Sülh 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan

11:00 – 20:00

09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)

10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)

9

ASAN Sumqayıt

15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt

09:00 – 18:00 (BAZAR ERTƏSİ – CÜMƏ)

10:00 – 17:00 (ŞƏNBƏ – BAZAR)

Yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

Hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi