Azərbaycan millisinin velosipedçisi: "İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım"

Azərbaycan millisinin velosipedçisi: "İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım" "İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım".
Fərdi
10 İyun , 2023 14:34
Azərbaycan millisinin velosipedçisi: İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım

"İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım".

"Report"un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının geridə qalan dörd mərhələsindən sonra ən yaxşı dağ velosipedçisi adına yiyələnən Azərbaycan millisinin üzvü Samir Cəbrayılov jurnalistlərə açıqlamasında deyib.

İdmançı qırmızı forma uğrunda əsas rəqibinin Qazaxıstan təmsilçisi olduğunu bildirib: “Bu gün startdan etibarən böyük fərqlə irəli çıxmağa çalışdım. Qırmızı formaya sahib olmaq üçün çox güc sərf elədim. Azarkeşlərin dəstəyi də mənə əlavə motivasiya verirdi. Birinci təsnifatdan yarışda ikinci idim. Bu dəfə strateji gediş etdim və 10 xal aldım. Yoxuşun sonunda təsnifatın daha olmayacağını bilirdim”.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.

Son xəbərlər

Orphus sistemi