Azərbaycan millisinin baş məşqçisi: Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir

Azərbaycan millisinin baş məşqçisi: Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir Onur Quluzadənin üçüncü yeri tutması çox gözəl nəticədir. Yağmur Məmmədlidən də medal gözləyirdik.
Fərdi
26 Avqust , 2024 13:37
Azərbaycan millisinin baş məşqçisi: Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir

Onur Quluzadənin Fransada üçüncü olması çox gözəl nəticədir. Yağmur Məmmədlidən də medal gözləyirdik.

Bunu “Report”a açıqlamasında Azərbaycanın stolüstü tennis üzrə millisinin baş məşqçisi Fərhad İsmayılov deyib.

Mütəxəssis stolüstü tennisçilər Onur Quluzadə və Yağmur Məmmədlinin Fransada keçirilən “Euro Mini Champs” turnirindəki çıxışlarını dəyərləndirib:

“Əlbəttə, nəticə gözləyirdik. Amma burada yarışın formatı bir qədər fərqlidir. 128 idmançı müxtəlif qruplara bölünərək 4 dəfə təsnifatda oynadı. Daha sonra onların arasından ən yaxşı 32 nəfər seçildi. İdmançılarımız da həmin 32 nəfərin arasında yer aldı. 1/16 finalda uduzanlar 17-ci yerdən yuxarı qalxa bilmirlər. Yağmur 1/8 finalda rumıniyalı rəqibinə uduzdu. Daha sonra bir qələbə və iki məğlubiyyətlə 12-ci yeri tutdu. Kiçik Avropa birinciliyi olmasına baxmayaraq, Yaponiyadan olan idmançılar da iştirak edirdilər. Yağmurun da nəticəsinin yaxşı olduğunu düşünürük”.

O, yarışın çox çətin olduğunu nəzərə çatdırıb:

“Onur və Yağmur 2011 təvəllüdlülər arasında ən yaxşı idmançılarımızdır. “Eurotalents” proqramına daxildirlər. Çox çətin yarışdır. Əvvəllər belə turnir yox idi. Keçən ildən Avropa birinciliyi keçirməyə başlayıblar. Bu da 13 yaşlı idmançılar arasında kiçik Avropa birinciliyi sayılır. Onlar üçün təcrübə oldu. İnanırıq ki, gələcəkdə daha mötəbər yarışlarda sözlərini deyəcəklər”.

Qeyd edək ki, Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” turnirində Onur Quluzadə bürünc medal qazanıb. Yağmur Məmmədli isə 12-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi