Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"

Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar" Cüdoçularımız burada yaxşı təcrübə qazandılar.
Fərdi
28 Oktyabr , 2024 15:21
Azərbaycan millisinin baş məşqçisi: Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar

Cüdoçularımız yarışda yaxşı təcrübə qazandılar.

Bunu "Report"a açıqlamasında cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Bəhreyn Krallığının paytaxtı Manamada təşkil olunan Gimnaziada İdman Oyunları ilə bağlı danışarkən deyib.

Mütəxəssis turnirin maraqlı keçdiyini bildirib:

"Bu, bizim üçün yeni sınaq idi. İlk dəfə belə yarışa qatıldıq. Güclü rəqabət var idi. Cüdoçularımız yaxşı təcrübə qazandılar. Bu, gələcək və bizim üçün faydalı olacaq. Oğlanlar 11 medal qazandılar. Onlardan 2-si qızıl, 4-ü gümüş, 5-i bürünc əyarlıdır. Komanda hesabında birinci olduq".

Alimli qarşıdakı hədəflərdən də söz açıb:

"2025-ci ildə Azərbaycan çempionatı keçiriləcək. Bundan sonra yığma formalaşacaq. 2025-ci ildə bizi ağır və maraqlı turnirlər gözləyir. Avropa, dünya çempionatı, EYOF və III MDB Oyunlarında çıxış edəcəyik. Bu sınaqlara hazır olmalıyıq. İkinci və üçüncü heyət də formalaşmalıdır ki, hər yarışda uğurlu çıxış edə bilək. Planımız yenə turnirlərdə lider olmaqdır. Son üç ildə bunu bacarmışıq".

Son xəbərlər

Orphus sistemi