Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq

Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq Azərbaycanın millisi Bolqarıstanın paytaxtı Sofiyada 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.
Fərdi
9 Oktyabr , 2024 15:56
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.

"Report"un Boks Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək.

Mükafatlar uğrunda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq.

Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.

Qeyd edək ki, oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi