Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbu Ntubuanqa və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanda olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.
Sonda Fərid Qayıbov və Didye Budimbu Ntubuanqa Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.