Azərbaycan kamandan oxatanları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.
"Report" xəbər verir ki, Fatimə Hüseynli qadınların fərdi yarışda ikinci yeri tutub.
F.Hüseynli həmçinin Məhəmmədəli Əliyevlə birlikdə qarışıq komanda yarışında fəxri kürsünün ikinci pilləsinə qalxıblar.