Azərbaycan güləşçisi Dağıstanda qızıl medal qazanıb
Fərdi
- 06 iyul, 2015
- 06:16
Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. "Report"un məlumatına görə, Dağıstandakı yarışda iştirak edən Azərbaycan sərbəst güləş millisi 1 qızıl medalla kifayətlənib.
Həmin medala 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçi Coşqun Əzimov sahib çıxıb. C.Əzimov həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib. Ruslan Qasımov (57 kq), Ağahüseyn Mustafayev (61 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq, turniri 5-ci sırada tamamlayıb.
Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olub.
Son xəbərlər
02:11
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir
Digər ölkələr01:36
UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
Futbol01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48
Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
Digər ölkələr23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12