Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
Fərdi
- 29 mart, 2025
- 14:32
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.
"Report"un məlumatına görə, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafatçılar sırasına düşüb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.
Bundan əlavə, dörd yeniyetmə gimnast finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk "səkkizliy"ə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yeri tutaraq finala yüksəlib.
Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.
Son xəbərlər
05:13
Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb
Digər ölkələr04:42
Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Digər ölkələr04:04
"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub
Digər ölkələr03:38
"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır
Digər ölkələr03:08
BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub
Xarici siyasət02:34
KİV: ABŞ, Ukrayna və Rusiya arasındakı Cenevrə danışıqları "dalana dirənib"
Digər ölkələr02:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib
Futbol01:41
Vens İranla müzakirələrdə ABŞ-nin "qırmızı xətt"ləri barədə danışıb
Digər ölkələr01:13