Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb Azərbaycan cüdoçusu Nizami İmranov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
23 İyun , 2022 19:52
Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb

Azərbaycan cüdoçusu Nizami İmranov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, oğlanlar arasında 60 kq çəki dərəcəsində rəqib macarıstanlı Adam Mayor olub.

Görüş İmranovun vaxtından əvvəl ipponla qələbəsi ilə yekunlaşıb. O, milli komandaya ikinci qızıl medalı qazandırıb. Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub. 

Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.  

19:25

Azərbaycan cüdoçusu Aydan Vəliyeva Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, qızlar arasında 48 kq çəki dərəcəsində yer alan Vəliyeva finalda isveçli Tara Babulfata uduzub. 

Bu, Azərbaycanın Avropa çempionatında 3-cü medalı olub. 

Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.  

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Nizami İmranov (60 kq) final görüşünə çıxacaq. O, macarıstanlı Adam Mayorla qarşılaşacaq.

19:08

Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan Orucov finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib. 

Daha əvvəl Məhəmməd Məmişov 50 kq çəkidə ermənistanlı Qor Safaryanı yenərək, bürünc medala yiyələnib. 

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

18:40

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov qızıl xal bölümünün 25-ci saniyəsində rəqibini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi