Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib

Fərdi
  • 06 fevral, 2026
  • 18:07
Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirindəki ilk rəqibləri müəyyənləşib

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

"Report" xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında ölkəmiz 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Paris "Böyük Dəbilqə"sinin təsnifat mərhələsinin görüşləri sabah, Bakı vaxtı ilə saat 11:00-dan, final bloku isə 20:00-da start götürəcək.

Kişilər

1/16 final

60 kq

Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

66 kq

Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə

Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

81 kq

Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə

Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

100 kq

Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kq

Uşanqi Kokauri – Marvin Belz (Almaniya)

Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

Son xəbərlər

Bütün Xəbər Lenti