Azərbaycan boksçuları erməni rəqiblərini yenərək finala yüksəliblər

Azərbaycan boksçuları erməni rəqiblərini yenərək finala yüksəliblər Yarımfinal görüşləri başa çatıb
Fərdi
23 May , 2015 16:26
Azərbaycan boksçuları erməni rəqiblərini yenərək finala yüksəliblər

Bakı. 23 may. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 4 üzvü də var. 

Daha 2 boksçu isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyanı yenib - 3:0. O, finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq. 

80 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də finaldadır. O, yarımfinalda Gürcüstanın erməni əsilli təmsilçisi Artyom Yordanyanı məğlub edib - 3:0. Abdullayev finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.

Cavid Hüseynov (48 kq) da yarımfinalda qalib gəlib. Hüseynov irlandiyalı Lorkan Harleksi üztələyib - 2:1. O, qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

Niyaməddin Allahverdiyev (52 kq) isə yarımfinalda şotlandiyalı Deklin Daffı məğlub edib - 3:0. Onun finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq. 

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

Son xəbərlər

Orphus sistemi