Ayan Allahverdiyeva: "Bu dəfə Azərbaycan çempionatında yaxşı çıxış etmədim"
Fərdi
- 07 fevral, 2025
- 09:02
Bu dəfə yarışda yaxşı çıxış etmədim.
Bunu "Report"a açıqlamasında Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva ölkə çempionatındakı çıxışı ilə bağlı danışarkən deyib.
O, Zeynəb Məmmədyarovaya uduzduğu 1/8 final mərhələsində səhvlər etdiyini bildirib:
"Yarışla bağlı çox danışa bilmərəm. Məğlub oldum və mübarizəni dayandırdım. Birinci görüşdə, ümumiyyətlə, çox pis mübarizə apardım. İkinci qarşılaşmada isə nisbətən normal oynadım. Belə şeylər olur. Əslində normal deyil. Səhvlərimi bilirəm, onların üzərində işləyəcəyəm. İl yeni başlayıb. Növbəti turnirlər üçün daha yaxşı çalışacağam".
Qeyd edək ki, Ayan Allahverdiyeva 2024-cü ilin fevralında karyerasında ilk dəfə qadın şahmatçılar arasında Azərbaycan çempionu olmuşdu.
Son xəbərlər
18:43
Suriyada daşqınlar nəticəsində 3 nəfər həlak olub
Digər ölkələr18:43
Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçuların əhval-ruhiyyəsi aşağı düşdü"
Futbol18:27
Olimpiadada medal qazanacaq gürcü idmançılara pul mükafatı veriləcək
Region18:11
Fransada ORION 2026 hərbi təlimləri başlayıb
Digər ölkələr18:02
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb
Fərdi17:58
Foto
Filippində "Basyanq" fırtınası 12 nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:55
Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib
Xarici siyasət17:55
Azərbaycan Premyer Liqası: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
Futbol17:49