Novak Cokoviç həbs olunub

Novak Cokoviç həbs olunub Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb.
Fərdi
10 Yanvar , 2022 12:50
Novak Cokoviç həbs olunub
Novak Cokoviç

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Avstraliyada həbs olunub.

"Report"un məlumatına görə, bu barədə jurnalist Kseniya Pavloviç MakAtir serbiyalı idmançının atasına istinadən xəbər yayıb. Həbslə bağlı təfərrüatlar açıqlanmayıb.

Daha əvvəl Cokoviçin vizasının ləğvi ilə əlaqədar apellyasiyanı udduğu məlum olub. Buna baxmayaraq, bildirilib ki, Avstraliya hökuməti məşhur tennisçini ölkədən qova bilər. O, ölkəyə "Australian Open"də iştirak etmək üçün gəlmişdi. Hələlik serbiyalı raketka ustasının turnirə buraxılıb-buraxılmayacağı bilinmir.

Qeyd edək ki, Novak Cokoviç son günlər Melburnda karantin mehmanxanasında qalıb.

11:10

Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb.

"Report" "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı idmançı məhkəmə iddiasını udub.

Hakimin sözlərinə görə, Cokoviçin vizası əsassız ləğv edilib. Məhkəmə dünyanın bir nömrəli raketka ustasının karantin hotelindən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi