Azərbaycan boksçusu Malik Həsənov Polşada keçirilən III Avropa Oyunlarında 1/8 finala yüksəlib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 63,5 kq çəki dərəcəsindəki ilk görüşündə qələbə qazanıb.
O, 1/16 final mərhələsində polşalı Roskoviç Bartlomeyi 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər boksçusu Ümid Rüstəmov (57 kq) ilkin mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.
Azərbaycan boksçuları Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıblar.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ilk olaraq 57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov rinqə çıxıb.
O, Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir boksçu rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq.









