Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB

Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Fərdi
7 Aprel , 2024 20:19
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib - YENİLƏNİB

Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

“Report”un məlumatına görə, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadada iştirak hüququna yiyələnmişdi.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.

13:38

Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.

O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib. O, bu raundda bolqarıstanlı Alen Xubulovla görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala adlayıb.

Son xəbərlər

Orphus sistemi