Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək
Fərdi
- 11 yanvar, 2023
- 15:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
MMA döyüşçüsü Əli İsayev “Bellator"da Azərbaycan bayrağı altında çıxış edəcək.
"Report"un məlumatına görə, bu barədə 31 yaşlı idmançı "Match TV"yə açıqlama verib.
İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb: "Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər".
Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.
İdmançının "Bellator"da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.
Son xəbərlər
16:11
Nasir Əl-Dərmaki: Muzeylər müxtəlif mədəniyyətlərin nümayəndələrinə təcrübə bölüşmək imkanı verməlidir
Xarici siyasət
16:10
Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib
Hərbi
16:07
Hikmət Babaoğlu: İnformasiya mühitində həm də manipulyasiya olunmuş məlumatlarla qarşılaşırıq
Media
16:05
Foto
Report Media Məktəbinin 22-ci qrupu təlim proqramına qoşulub
Media
16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır
Maliyyə
16:00
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
İncəsənət
16:00
İran səfiri: Korrupsiya ilə bağlı mübarizədə çoxtərəfli əməkdaşlıq faydalıdır
Xarici siyasət
15:59
Foto
Video
"AzerGold" UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Sənaye
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə