Avropa çempionatında medal qazanan boksçu qardaşlar mükafatlandırılıb

Avropa çempionatında medal qazanan boksçu qardaşlar mükafatlandırılıb Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Laçından olan deputat Mahir Abbaszadə boks üzrə gənclər arasında Avropa çempionatının mükafatçıları Kənan və Kamil Babayev qardaşları ilə görüşüb.
Fərdi
132
29 Aprel , 2022 15:12
Avropa çempionatında medal qazanan boksçu qardaşlar mükafatlandırılıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Laçından olan deputat Mahir Abbaszadə boks üzrə gənclər arasında Avropa çempionatının mükafatçıları Kənan və Kamil Babayev qardaşları ilə görüşüb.

"Report"un məlumatına görə, bu il Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yarışda Kənan Babayev qızıl, ötən il Monteneqronun Budva şəhərində təşkil olunmuş birincilikdə isə Kamil Babayev bürünc medal qazanıb.

Görüşdə Prezident İlham Əliyevin gənc nəslin sağlam böyüməsinə, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması üçün şərait yaradılmasına böyük diqqət və qayğı göstərdiyi bildirilib. Qeyd edilib ki, bunun nəticəsində ölkədə idmanın bütün sahələri üzrə dinamik inkişaf müşahidə edilir. Regional və beynəlxalq idman yarışlarında idmançıların Vətənə qələbə ilə qayıtmaları, Azərbaycan bayrağının zirvədə dalğalanması hər kəsə qürur verir. Diqqətə çatdırılıb ki, idman uşaqların və yeniyetmələrin mənəvi-əxlaqi və fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Avropa çempionatındakı uğurlarına görə laçınlı idmançılara Mahir Abbaszadənin təşəkkür plaketi və qiymətli hədiyyələr təqdim olunub.

Görüşdə idmançıların valideyni Beyrək Babayev və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elbrus Rzayev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi