Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb
Fərdi
- 20 sentyabr, 2022
- 01:30
Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatında iştirak edən cüdo üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıb.
"Report"un məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və cüdoçuların yaxınları iştirak ediblər.
Qeyd edək ki, yığma yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb. Bundan əlavə, milli qarışıq komanda yarışında bürünc medala yiyələnib.
Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerlə kifayətlənib.
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb
Son xəbərlər
05:46
Nəriman Axundzadə "Kolambus Kryu"nun qələbəsində pay sahibi olub
Futbol05:18
Britaniyanın Baş naziri sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib
Digər ölkələr04:50
Avstraliyada iki neft emalı zavodundan birində yanğın baş verib
Digər ölkələr04:16
ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib
Digər ölkələr03:42
Tramp ABŞ və Kanada arasında neft daşınması üçün yeni icazələri təsdiqləyib
Digər ölkələr03:15
ABŞ nüvə silahı istehsalını artırır
Digər ölkələr02:49
ABŞ-də benzinin qiyməti hələ iki ay yüksək olacaq
Energetika02:26
Netanyahu: İsrail və ABŞ-nin İranla bağlı məqsədləri eynidir
Digər ölkələr01:50