Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.
Millinin baş məşqçisi Elxan Məmmədovun "Report"a verdiyi məlumata görə, bu yarışda Azərbaycanın 13 cüdoçusu mübarizə aparacaq.
Bunlardan 9-u oğlan, 4-ü qız cüdoçulardır. Turan Bayramov, Nizami İmranov (hər ikisi 60 kq), Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli, Elcan Hacıyev (hər ikisi 81 kq), İsmayıl Zamanov, Vüqar Talıbov (hər ikisi 90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) oğlanların, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) qızların yarışında mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatında fərdi yarışlar 15 - 17 sentyabrda keçiriləcək. Qarışıq komandaların yarışı isə sentyabrın 18-də baş tutacaq.