Avropa çempionatı: Bu gün Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayacaq Azərbaycanın 9 cüdoçusu bu gün Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə başlayacaq.
Fərdi
27 İyun , 2024 09:20
Avropa çempionatı: Bu gün Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayacaq

Azərbaycanın 9 cüdoçusu bu gün Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, qızlardan Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), oğlanlardan Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq) və Nihad Rəhimov (60 kq) tatamiyə çıxacaqlar.

Qızlar
40 kq

Xədicə Abdullayeva - Ema Vasilyeva (Bolqarıstan)

44 kq
Leyla Ələkbərova - Stella Papai (Macarıstan)
Nərmin Məmmədli - Xantia Stilianu (Kipr)

48 kq
Diana Eldarova - Noa Hadar (İsrail)
Nuranə Hacızadə - Petra Culyak (Bosniya və Herseqovina)

Oğlanlar
50 kq

Bahadur Feyzullayev - Fransisko Pintu (Portuqaliya) / Mixael Eldan (İsrail) cütünün qalibi
Məhəmmədəli Hüsiyev - Nelu Malik (Moldova) / Evan Anderson (Böyük Britaniya) cütünün qalibi

55 kq
Nihad Məmişov - Aleksa Miloşeviç (Serbiya)

60 kq
Nihad Rəhimov - Kyartan Qray (Farer adaları)

Qeyd edək ki, qitə birinciliyi iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi