Azərbaycanın qadın güləşçilərindən biri finalda, ikisi bürünc medal görüşünə çıxacaq

Fərdi
  • 09 mart, 2022
  • 15:35
Azərbaycanın qadın güləşçilərindən biri finalda, ikisi bürünc medal görüşünə çıxacaq

Azərbaycanın daha bir qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq-dakı Nigar Mirzəzadə finala gedən yolda türkiyəli Aslı Demirlə qarşılaşıb.

Qarşılaşmadan 0:6 hesabı ilə məğlub ayrılan Mirzəzadə bürünc medal uğrunda yarışacaq. Rəqib Karolina Kozlovska (Polşa) - Marta Navarro (İspaniya) görüşünün güclüsü olacaq.

19:07

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoillə üz-üzə gəlib.

Rəqibini 11:4 hesabı ilə məğlub edən Məmmədova finala vəsiqə qazanıb. Onun həlledici qarşılaşmadakı rəqibi rumıniyalı Andreya Beatris Ana olacaq.

50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib. O, bürünc medal uğrunda Liza Ersel (Almaniya) - Mariya Leorda (Moldova) görüşünün qalibi ilə mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. "Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.