Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Fərdi
  • 15 sentyabr, 2022
  • 12:39
Avropa çempionatı: Turan Bayramov finala yüksəlib, digər 3-ü uduzub

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Nazar Viskova (Ukrayna) qalib gəlib.

Bayramov rəqibini 1 dəqiqə 44 saniyəyə ipponla məğlub edib. Cüdoçu qızıl medal uğrunda Ksaveri İqnasyakla (Polşa) üz-üzə gələcək.

16:12

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında yarımfinala çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Anton Kleynosa qalib gəlib.

Bayramov finala gedən yolda Nazar Viskovla (Ukrayna) qarşılaşacaq.

14:51

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bahadır Beratı (Türkiyə) ipponla məğlub edib. Onun 1/4 final finaldakı rəqibi Anton Kleynos (Polşa) olacaq.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlsə də, növbəti görüşündə Tornike Maziaşviliyə (Gürcüstan) uduzub.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) yenilib.

13:02

Azərbaycan cüdoçusu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov 1/8 finala yüksəlib. İdmançı növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.

Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.

Qeyd edək ki, bu gün 60 kq-dakı Turan Bayramov və 48 kq-dakı Könül Əliyeva da mübarizəyə start verəcək.

Avropa çempionatında 39 ölkədən 203 oğlan, 146 qız olmaqla, ümumilikdə 349 cüdoçu mübarizə aparır.