Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu bu gün tatamiyə çıxacaq Azərbaycanın 4 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada start götürəcək gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.
Fərdi
15 Sentyabr , 2022 10:48
Avropa çempionatı: Azərbaycanın 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Azərbaycanın 4 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada start götürəcək gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Kristian Qustiuk (Moldova) / Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Pireslə (Portuqaliya) görüşəcək.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinlə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 203 oğlan, 146 qız olmaqla, ümumilikdə 349 cüdoçu mübarizə aparır. Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq yarışda 13 idmançı ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi