Avarçəkmə üzrə dünya və Avropa federasiyalarının prezidentləri Suqovuşana səfər ediblər

Avarçəkmə üzrə dünya və Avropa federasiyalarının prezidentləri Suqovuşana səfər ediblər Avarçəkmə üzrə "Prezident Kuboku-2023" beynəlxalq reqatasında fəxri qonaq qismində iştirak edən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana Ulu Öndər Heydər Əliyevin Mingəçevirdəki a
Fərdi
11 May , 2023 16:16
Avarçəkmə üzrə dünya və Avropa federasiyalarının prezidentləri Suqovuşana səfər ediblər

Avarçəkmə üzrə "Prezident Kuboku-2023" beynəlxalq reqatasında fəxri qonaq qismində iştirak edən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana Ulu Öndər Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) "Report"a verilən məlumata görə, daha sonra beynəlxalq federasiya rəhbərləri Suqovuşana yollanıblar. Qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” turnirinin açılış mərasimi və ilk yarış gününün keçirildiyi məkanla tanış olublar.

Suqovuşan səfərinin ardınca AKAF-ın rəhbəri Vüqar Əhmədov, Tomas Konyetsko, Jan Zunqrana, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı və Türkiyə Avarçəkmə Federasiyasının rəhbəri Erhan Ertürkün iştirakı ilə birgə toplantı keçirilib. Tərəflər arasında Azərbaycanda avarçəkmənin inkişafı barədə fikir mübadilələri aparılıb. Beynəlxalq federasiya rəhbərləri dünya, Avropa çempionatları kimi böyük yarışların, həmçinin Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin keçirilməsi üçün həm Suqovuşan su anbarı, həm də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin uyğun olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi