Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm

Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm.
Fərdi
7 Avqust , 2024 09:14
Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm

Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm.

"Report" xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram hesabında yazıb.

92 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb: "Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar".

Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi