ADBTİA-da ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib

ADBTİA-da ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib İxtisas imtahanında 6 namizəd iştirak edib
Fərdi
16 Mart , 2021 16:00
ADBTİA-da ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2020/2021-ci tədris ilində ilk dəfə olaraq pedaqogika, tibb və biologiya elm sahələri üzrə Doktoranturaya qəbul üçün ixtisas imtahanı təşkil edilib.

ADBTİA-dan "Report"a verilən məlumata görə, ingilis dili və fəlsəfə üzrə məqbul nəticə əldə etmiş namizədlər martın 16-da “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” (ixtisas kodu - 5806.01) və (ixtisas kodu - 3245.01) “Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” ixtisasları üzrə ixtisas imtahanında iştirak ediblər.

Koronavirus pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri daxilində imtahan binasına daxil olan iştirakçıların hərarəti məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında namizədlərin sosial məsafə nəzərə alınmaqla əyləşdirilməsi təmin edilib.

İxtisas imtahanında 6 namizəd iştirak edib. İmtahan nəticələrinin martın 18-dən etibarən elan olunması gözlənilir.

Son xəbərlər

Orphus sistemi