Açıq Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq

Fərdi
  • 16 dekabr, 2023
  • 12:27
Açıq Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq
Hidayət Heydərov

Azərbaycan cüdoçusu Hidayət Heydərov Kosovonun paytaxtı Priştinada keçirilən Açıq Avropa çempionatında bürünc medal uğrunda qarşılaşmada iştirak edəcək.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı təsəlliverici görüşdə Monteneqrodan olan Yahya Nurkoviçə qalib gəlib.

O, mükafat uğrunda gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti