ACF prezidenti Yevlaxda region cüdoçuları ilə görüşüb
Fərdi
- 17 iyun, 2022
- 05:59
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.
ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Yevlaxda 120-dək gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu bildirilib. Nəbiyev bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini verib.
O, cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-nin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.
Son xəbərlər
15:49
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib
Energetika15:48
Azərbaycan Rusiyaya qarpız satışından qazancını 3 dəfəyə yaxın artırıb
Biznes15:46
"Gəncəbasar" klubu fəaliyyətini Gəncədə davam etdirəcək
Futbol15:45
Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
Digər ölkələr15:44
AZAL rəsmisi: "Bakıdan Atırauya ilk reysin doluluq səviyyəsi 87 % təşkil edib"
İnfrastruktur15:43
Aylıq 1 %-dən başlayan "Lombard" krediti
Maliyyə15:41
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-dən çox artıb
Energetika15:37
Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb
Digər ölkələr15:27